“Neftçi” “Səbail”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Gununsesi.info xəbər verir ki, günün yeganə matçında “Neftçi” klubu “Səbail”i qəbul edib.

HTML tutorial

Qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. “Dənizçilər”də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Səbail” 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, XV turun “Şamaxı” – “Kəpəz” və “Qarabağ” – “Zirə” oyunları noyabrın 28-də, “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” görüşləri isə noyabrın 29-da olacaq.

Gununsesi.info