“Neftçi” “Səbail”ə qalib gəlib

  • By ilhame
  • 15 Mart 2024 22:39

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

 

Gununsesi.info xəbər verir ki, “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

 

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

 

“Ağ-qaralar”ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 40-a çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Gununsesi.info