“Neftçi” “Səbail”i böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, turun son oyununda “Neftçi” “Bakcell Arena”da “Səbail”lə qarşılaşıb.

HTML tutorial

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran “Neftçi” zirvədəki yerini qoruyub. “Səbail” isə 18 xalla 6-cı pillədə qalıb.

Gununsesi.info