“Neftçi” “Sabah”la oyundan əvvəl daha iki itki ilə üzləşib

  • By ilhame
  • 21 Yanvar 2024 15:39

“Neftçi”nin daha iki futbolçusu bu gün “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

 

“Ağ-qaralar”ın mətbuat xidmətindən sayta verilən məlumata görə, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.

 

Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.

 

Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı saat 16:00-da başlanacaq.

 

Gununsesi.info