
AFFA Azərbaycan çempionatında yaşanan dava-dalaşa münasibət bildirib.
Gununsesi.info bildirir ki, assosiasiyanın İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” matçında baş verənləri araşdırıb.
Yaşananlara hüququ qiymət verən AFFA günahkarları cəzalandırıb. 83-cü dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan “Səbail”in futbolçusu Fariz Hüseynov 4 matçlıq diskvalifikasiya edilib.
Oyunun 90-cı dəqiqəsində qarşıdurma baş verib. Həmin vaxt “Neftçi”nin futbolçusu Sadiq Məmmədli və “Səbail”in oyunçusu Elmar Baxşızadənin bir-birini təpik və yumruqla vurub. Onların hər ikisi 4 matçlıq cəza alıb.
“Səbail”in üzvü Kərim Orucovun qol vurulan zaman rəqib texniki zona önündə qeyri-etik jest etdiyinə görə, həmçinin qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə 4 oyun cəzalanıb. “Neftçi”nin digər futbolçusu Həsən Mahmudov rəqibi təhqir etdiyi üçün 3 oyunluq kənarlaşdırılıb.
Gununsesi.info