Azərbaycan Basketbol Liqasında 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub.
Gununsesi.info-nun məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda “Neftçi” və “Sərhədçi” üz-üzə gəliblər.
Bu görüşdə “Neftçi” 88:86 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”dən Toraje Breyk (25 xal, 14 assist), “Sərhədçi”dən Brendon Miller (29 xal, 11 assist) olublar.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşan “Xəzri” və “Sabah” komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda “Sabah” 84:80 hesabı ilə qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Xəzri”dən Amil Həmzəyev (17 xal, 5 ribaund), “Sabah”dan Mayk Holton (18 xal, 4 assist) olublar.
Gununsesi.info