“Neftçi” yoldaşlıq görüşündə “Dinamo”ya uduzub

  • By admin
  • 20 Yanvar 2020 19:59

“Neftçi” futbol komandası Türkiyədə Kiyevin “Dinamo” klubu ilə yoldaşlıq görüşü keçirib.

Gununsesi.org xəbər verir ki, qarşılaşma Kiyev təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində yeganə qolu qarşılaşmanın 70-ci dəqiqəsində Vanqelis Platellas vurub.

Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoldaşlıq görüşüdür. Azərbaycan təmsilçisi daha əvvəl Polşanın LKS klubuna 4:0 hesabı ilə məğlub olub.

 

Gununsesi.org