“Neftçi” “Zirə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. İlk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. Digər qarşılaşmada “Zirə” “Neftçi”nin qonağı olacaq. Bu oyuna isə saat 20:30-da start veriləcək.

HTML tutorial

Qeyd edək ki, tura avqustun 27-i və 28-i keçiriləcək matçlarla yekun vurulacaq.

26 avqust (cümə)

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
“Kapital Bank Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

Gununsesi.info