Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Gununsesi.info-nun məlumatına görə, təmsilçilərimizdən “Neftçi” də növbəti oyununa çıxıb.
“Nefttçi” komandası öz meydanında Maltanın “Baltsan” klubunu qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqib qapısından 2 cavabsız top keçiriən “ağ-qaralar” bu görüşdə 1:2 hesabı ilə uduzub. İki matçın nəticəsinə əsasən, “Neftçi” növbəti mərhələyə yüksəlib.
Bakı təmsilçisinin II təsnifat mərhələsindəki rəqibi “Krakoviya” (Polşa) – “Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Makedoniya klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
7 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu
20:00. “Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) – 1:2
Qollar: Jairo, 20 (1:0), Mikallef, 51 (1:1), 67 (1:2)
İlk oyun – 2:0
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Bakı. 8-ci kilometr qəsəbə stadionu
https://www.youtube.com/watch?v=DORtmfBFlns
Gununsesi.info