
“Neftçi” heyətinə yeni futbolçu gətirib.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “ağ-qaralar” almaniyalı futbolçu Robert Baueri heyətinə qatıb.
29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Robert karyerası ərzində Almaniyanın “Verder Bremen”, “Nürnberq” və “İnqolştadt”, son olaraq isə Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasında forma geyinib.