Neftçilər prospektində iki qatar relsi söküldü - FOTOLAR

  • By admin
  • 09 Yanvar 2017 15:59

1-3

İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Gununsesi.info-ya verilən məlumata görə, bununla da həmin hissədə sökülən relslərin sayı 2-yə çatıb.

“Azəravtoyol” tərəfindən aparılan işlər zamanı istifadə istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

3-5

Gununsesi.info