“Neftçilər” yeni görkəmdə - FOTOLAR

  • By admin
  • 11 İyul 2016 11:40

neft

 

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb.

Bu barədə Gununsesi.info-yaBakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, “Neftçilər” metro stansiyasının hər iki keçidində təmir işləri artıq yekunlaşıb. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirilib: “Hazırda “Qara Qarayev” metro stansiyasının keçidlərində təmir işləri aparılır. Keçidlərdən birində artıq mərmərlərin düzülməsinə başlanılıb. Digər keçiddə də paralel olaraq təmir işləri davam etdirilir. Təmir zamanı keçidlərdə sərnişinlərin hərəkəti məhdudlaşdırılmayıb”.

 

neft1

 

neft2

Gununsesi.info