“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub.
Bu, Premyer Liqanın XVI turuna təsadüf edib.
“Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadək keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi.
800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.
Qeyd edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.
Gununsesi.info