“Neftçi”nin baş məşqçisi istefa verdi

  • By admin
  • 12 İyun 2017 15:45

1491750420

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev önəmli qərar qəbul edib. 

Gununsesi.info xəbər verir ki, millimizdə baş məşqçi Robert Prosineçkiinin köməkçisi vəzifəsini icra edən mütəxəssis ayrılıq qərarı verib. O, bundan sonra fəaliyyətini yalnız “Neftçi”də davam etdirəcək.

Qeyd edək ki, Elxan Abdullayev ötən mövsümün gedişində “Neftçi”nin “sükanı arxası”na keçmişdi. O, iki vəzifəni icra etdiyi üçün çoxsaylı tənqidlərə məruz qalmışdı.

Gununsesi.info