“Neftçi”nin baş məşqçisi Ramil Şeydayevin transferini dəyərləndirib

  • By ilhame
  • 16 İyul 2024 13:51

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transferi ilə bağlı fikirlərini bildirib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəsis bu keçidin komanda üçün üçün əla transfer olduğunu deyib.

 

O, hücumçununun transferindən şad olduğunu vurğulayıb:

 

“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Gununsesi.info