21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.
Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, “Neftçi”nin digər oyunçuları Ruslan Abışov və Namiq Ələsgərov da eyni səbəbdən əsas yığmadan ayrılıblar.
Gununsesi.info