“Neftçi”nin kapitanı zədələndi

“Neftçi”nin futbolçusu Emin Mahmudov zədələnib.

Gununsesi.info xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb.

Kapitanın əvəzinə 77-ci dəqiqədə meydana Andre Şinyaşiki daxil olub.

Qeyd edək ki, hazırda oyunda hesab bərabərdir – 3:3

 

 

Gununsesi.info