“Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışındakı növbəti sınaqçı rəqibi bəlli olub.
Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, “ağ-qaralar”ın toplanış çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunu da alman komandasına qarşı olacaq.
Komanda avqustun 2-də Berlinin “Herta” klubu ilə qarşılaşacaq.
Ona qədər isə Elxan Məmmədov yetirmələrini iyulun 30-da saat 20:00-da BƏƏ klubu “Əl Ain”lə matçda sınayacaq.
Qeyd edək ki, “Neftçi” sabah digər Bundesliqa təmsilçisi “Şalke” ilə üz-üzə gələcək.
Gununsesi.info