“Neftçi”nin oyunu Əliyar Ağayevə tapşırıldı

  • By admin
  • 02 May 2021 19:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Bakıdakı qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.

“Keşlə” – “Neftçi” görüşünü Əliyar Ağayev, “Səbail” – “Qarabağ” matçını isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, turun daha 2 oyunu mayın 4-də keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

Gununsesi.info