“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I mərhələsində növbəti dəfə məğlub olub.
Gununsesi.info-nun məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 2:1.
Qeyd edək ki, “ağ-qaralar” ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub – 0:5.
Gununsesi.info