“Neftçi”nin yeni baş məşqçisi məlum olub

  • By admin
  • 14 Sentyabr 2016 20:25

neftci

Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.

Gununsesi.info-nun klubun rəsmi saytına istinadən məlumatına görə, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

HTML tutorial

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

 

Gununsesi.info