Neftdən bir gündə 50 milyon dollar qazanırıq - QUBAD İBADOĞLU

  • By admin
  • 05 Mart 2022 19:27

Azərbaycan dünya bazarında xam neft satışından hər gün orta hesabla 50 milyon dollar qazanır”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun məsələ barədə araşdırmasını təqdim edirik:

 

Azərbaycanın xam neftinin 1 barrelinin dünya bazarında qiyməti 118,78 dollar olub, bu 2020-ci ilin büdcəsində nəzərdə tutulan qiymətlə müqayisədə 2,4 dəfədək bahalaşma deməkdir.
Rusiya gəlincə , hazırda bu ölkə adından dünya bazarına çıxarılan xam neft bazar səviyyəsindən aşağı qiymətə satılır. Belə ki, Rusiyanın ESPO markalı neftinin 1 barreli 97.37 ABŞ dollarına, Sokol markalı neftinin 1 barreli 98.67 ABŞ dollarına satılır. OPEK+ ölkələrinin hasilatı aprel ayın 1-dən artırmaq qərarı mart ayında bazarda qiymətlərin bahalaşmasının qarşısını ala bilməycək, amma aprel ayı üçün qiymətlərin səviyyəsinə təsirsiz ötüşməyəcək. Belə ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barrel artırılması razılaşdırılıb. Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olmasını nəzərdə tutur.
Hazırda Azərbaycan hakimiyyəti dünya bazarında xam neft satışından hər gün orta hesabla 50 milyon dollar qazanır.
Bu arada Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 1 dollar 122,48 rubldur. Lakin qara bazarlarda 1 dolların 300 rubladək bahalaşması ilə bağlı xəbərlər yayılır.

 

Gununsesi.infoº