Neftimiz 100 dollara yaxınlaşdı

Bu gün verilən rəsmi açıqlamaya görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bareli 99,35 dollara satılır.

Gununsesi.info rəsmi mənbələrə istinadla xəbər verir ki, 2022-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 85 dollardır. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68 dollarla start verib.

HTML tutorial

Yanvar-avqust aylarında Azərbaycanda 21,8 milyon ton neft çıxarılıb, 13 milyard 724,3 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac edilib.

Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barel, fevralda 566,3 min barel, martda 579,4 min barel, apreldə 579,1 min barel, mayda 571,3 min barel, iyunda 523,5 min barel, iyulda 549,9 min barel, avqustda 554 min barel göstərilib.

Beynəlxalq razılaşma oktyabr üçün gündəlik hasilat normasını 717 min barel, noyabr və dekabr ayları üçün 684 min barel müəyyən edib.

Gununsesi.info