Neftimiz bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,17 ABŞ dolları və ya 3,27% azalaraq 64,11 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 66,28 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Gununsesi.info