Neftimiz bu gün də ucuzlaşdı

  • By Admin2
  • 14 Fevral 2026 09:19

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46 ABŞ dolları və ya 0,65 % azalaraq 69,57 dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 70,03 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gununsesi.info