Neftimizin qiyməti 51 dolları keçdi

  • By admin
  • 24 Avqust 2016 10:41

Neft

Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və yaxud 1,49% bahalaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 51,04 dollara bərabər olub.

 

Gununsesi.info