Neftin qiyməti bahalaşıb

  • By admin
  • 22 May 2018 09:20

Qara qızıl bahalaşıb

Dünya birjalarında mayın 22-də keçirilən hərraclarda neftin qiyməti bahalaşıb.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar və ya 0,28% artaraq, 72,44 dollar olub.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,16% artaraq, 79,35 dollar təşkil edib.