Ötən gün OPEC ölkələrinin qeyri-rəsmi görüşü keçirilib.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Əlcəzairdə təşkil edilən konfransında OPEC ölkələri – neft hasilatının səviyyəsini sabit saxlamaq barədə ümumi razılığa gəliblər.
Məlumata görə, qərarla bağlı ətraflı məlumat verilmir. Razılaşmanın detalları noyabr ayında Vyanada keçiriləcək yığıncaqda bir daha müzakirə olunacaq.
Əlcəzairin Energetika naziri Nureddin Butarfe: “Bundan öncə Səudiyyə Ərəbistanı neft hasilatını yanvar ayı səviyyəsində saxlamağı və gündəlik hasilatı 400 min barrelə salaraq 10 milyon 100 min barrelə qədər azaltmağa hazır olduğunu bildirmişdir”.
Qeyd edək ki, qərardan dərhal sonra neft 5-3% bahalaşıb.
Anar
Gununsesi.info