Neftin qiyməti kəskin artacaq - PROQNOZ

  • By admin
  • 15 Sentyabr 2019 21:14

Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna edilmiş bombalı hücum dünya bazarında neftin qiymətinə təsir edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” agentliyində ekspert rəyi dərc olunub.

HTML tutorial

Ümumi rəyə əsasən, əgər qarşıdakı 30 gün ərzində zavodlarda vəziyyət normallaşdırılmasa, sürətli şəkildə qiymət artımı olacaq.

Analitik Bob Maknelli hesab edir ki, qarşıdakı həftələrdə “qara qızıl”ın qiyməti 15-20 dollar səviyyəsində yüksələcək.

Digər iqtisadi şərhçi, Qreq Nyuman isə düşünür ki, neft əvvəlcə sadəcə 2 dollar bahalaşacaq, zamanla isə bahalaşma tədricən 7-10 dollara çatacaq.

Qeyd edək ki, bir neçə gün öncə dronlar vasitəsilə Səudiyyə Ərəbistanın iki böyük neft zavoduna bombalı hücum olmuşdu.

 

Gununsesi.org