“Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.
Gununsesi.org xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb.
WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.
Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub.
“Blumberq” nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb.
“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.