Neftin qiymətinin davamlı qalxması çətindir

  • By admin
  • 30 İyun 2017 11:08

neft-s

Neft qiymətləri ABŞ-da istehsalın azaldığına dair işarələrin olması ilə bir qədər yüksəlib. 

Gununsesi.info-nun “marja”ya istinadən verdiyi məlumata görə, ABŞ-da xam neft hasilatı ötən həftə azalmışdı. Bunun səbəbi Alyaska neft sahəsindəki təmir işləri və “Cindy” tropik fırtınasına görə hasilata fasilə verilməsidir.

Hazırda ABŞ-da neft ehtiyatları beş ilin orta göstəricisindən 100 milyon barrel çoxdur.

Birləşmiş Ərəb Əmirliklərinə görə, OPEC və tərəfdaşları, gələn ayki iclasda, istehsalı daha çox azaltmağı müzakirə etməyəcəklər.

Neft artan qlobal hasilatın Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və tərəfdaşlarının istehsalı azaltmalarını heç edə biləcəyi narahatlıqları ilə “ayı” bazarına girmişdi.

Analitiklər bildirirlər ki, bazarın mübarizə apardığı problemlər ortadan qalxmamışdır, buna görə qiymətlərin davamlı qalxması çətindir.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 18 sent yüksələrək 45.11 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 19 sent yüksələrək bareli 47.61 dollara çıxıb. Qiymətlər İyun ayında 5.4 faiz və bu rübdə 9.9 faiz düşüb.

Gununsesi.info