Neftin qiyməti artacaqmı?

  • By admin
  • 09 İyun 2016 17:42

 

Neft

Rövşən Ağayev: “Qiyməti aşağı çəkən iqtisadi amillər yuxarı çəkən faktorlardan daha ağırçəkilidir”

 

Hazırda beynəlxalq birjalarda neftin qiymətində artım müşahidə etməkdədir. Gununsesi.info xəbər verir ki, Bloomberg-in bu günə ola məlumatına görə, Amerika birjalarında “qara qızıl”ın barelli WTI  markalı neft  50.80 dollara,  London birjalarında Brent markalı  isə 51.90 dollara satılıb. “Azerlight” ın satış qiyməti isə 53 dollar cıvarında təşkil edib.

Neftın qiymətində müşahidə edilən bahalaşma hasilatçı dövlətlərin nəfəs almasıma imkan yaradıb. Xüsusilə, Azərbaycan kimi  xam maldan asılı olan dövlətlərin iqtisadiyyatında təlatümlər yaşatdı.

 

rovsen İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, neftin qiymətinin ortamüddətli dövrdə 50 dollar ətrafında qalması resurs ölkələrinin xalqları üçün böyük avantajdır – islahatların həyata keçirilməsi, korrupsiya üçün resursların qıtlaşması, insan kapitalının dəyərinin təbii resursun və fiziki kapitalın dəyərindən üstün mövqe qazanması baxımından.

“Hələlik 50 dollardan çox aşağı olmasını da arzulamıram. Çünki iqtisadiyyata dağıdıcı təsir göstərir, alternatv enerjinin, hələlik ənənəvi enerji mənbələrini üstələməyə şəraitdə dünyanın enerjiyə tələbatını ödəmək üçün sərmayə defisiti yaranır”, – deyə R.Ağayev vurğulayır.

İqtisadçının sözlərinə görə, iqtisadiyyatı resurslardan asılı olmayan, inkişaf etmiş və şaxələnmiş iqtisasiyyata malik ölkələrdə milli gəlirin 100 dollarından 60 dolları əmək haqqı və qonorar formasında insan əməyinə, cəmi 25-30 dolları maliyyə və fizik kapitalın mənfəətinə gedir: “Azərbaycanda isə milli gəlirin 100 dollaından cəmi 18 dolları insan əməyinə gedir – insanın dəyəri bu qədər ucuz.

Neftin indiki qiymət artımına gəldikdə, bundan artıq yüksəliş yaxın zamanlar üçün real görsənmir – ən azından iqtisadi amillər baxımından. Qiyməti aşağı çəkən iqtisadi amillər yuxarı çəkən faktorlardan daha ağırçəkilidir. Söhbət Kanadada yanğınların artıq dayanması və hasilatın bərpasından, Çin iqtisadiyyatında ressesiya riskinin yüksək olaraq qalmasından, İranın sanksiyalara qədərki bazar payını bərpa etməsindən, hazırkı qiymətin dayanmış slans layihələrinin müəyyən hissəsinin bərpası üçün əlverişli olmasından gedir”.

 

Leyla Səlimli

Gununsesi.info