Neftin qiyməti hasilatın azaldılması fonunda artır

  • By admin
  • 14 Fevral 2017 23:31

neft

 

Neftin qiyməti OPEK-in yanvarda xammal hasilatının azaldılmasına dair xəbərləri fonunda artmaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə birjalarda keçirilən elektron hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 22:19-a olan vəziyyətə görə, “Brent” markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti bir barelə görə 0,95 faiz artaraq 56,12 dollara çatıb.

WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 0,72 faiz artaraq bir barel üçün 53,31 dollar təşkil edib.

 

Gununsesi.info