
Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.
Gununsesi.info xəbər verir ki, fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.
Nemət Pənalı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.