Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Nemət Nağdəliyev daha əvvəl Azərbaycanın Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi vəzifəsində işləyib.











