Nensi Pelosi seçkilərdə qalib gəlib

  • By admin
  • 09 Noyabr 2022 14:40

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında təkrar seçkilərdə qalib gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O, 82% səslə respublikaçı rəqibi Con Dennisi qabaqlayıb. Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker partiyanın nümayəndələri arasından təyin ediləcək.

CNN-in onlayn seçki nəticələri tablosuna əsasən, respublikaçılar seçkilərdə öndədirlər (193 Respublikaçı namizəd, 170 demokrata qarşı).

Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədridir.

Gununsesi.info