Nensi Pelosi: “Tramp Putinin köməkçisidir”

  • By admin
  • 08 Yanvar 2021 14:31
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.
Gununsesi.org məlumat verir ki, bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
“Bu prezident (Donald Tramp – Red) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi”-deyə, Pelosi keçirdiyi mətbuat konfransında deyib.

Gununsesi.org