AFP: Nepalda qəzaya uğrayan təyyarədən sağ qalan tapılıb -YENİLƏNDİ

  • By admin
  • 15 Yanvar 2023 13:38

Nepalda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalanlar tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olduğu məlum olub. İlkin olaraq təyyarədə olanların hamısının həlak olduğu bildirilirdi. Amma dağıntılar təmizləndikdən sonra sağ qalanlar tapılıb. Hələlik neçə nəfərin sağ tapıldığı barədə məlumat verilmir.

11:51

Nepaldakı təyyarə qəzası zamanı təyyarədəki bütün insanlar həyatını itirib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “News 18” telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib.

Bildirilib ki, təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub ki, onların hamısı faciəvi qəza nəticəsində həlak olublar.

Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşları imiş

Gununsesi.info