“Neptun”-da güclü yanğın baş verdi

  • By admin
  • 12 İyul 2017 08:10

FHN

Bakıda “Neptun” supermarketlərindən birində güclü yanğın baş verib. 

Gununsesi.info-nun xəbərinə görə, yanğın “28 May” metrostansiyasının yaxınlığında,  paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib.

Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.

Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.

Gununsesi.info