
Rut Neqqa və Bred Pitt “Ulduzlara doğru” adlı yeni fantastik filmdə baş rolları ifa edəcəklər. Aktyorlar bundan əvvəl də birlikdə çəkiliblər.
Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, yeni filmdə Bred Pitt atası haqqında baş verənləri öyrənmək üçün Günəş sisteminə səyahət edən autik mühəndis rolunu oynayır. Fantastik filmin rejissoru Ceyms Qrey həm də ssenari müəlliflərindən biridir. Digər ssenari müəllifi isə İtan Qrosdur.
Xatırladaq ki, ötən il Rut Neqqa “Lavinq” kino lentində baş rolu canlandırıb və “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar”a namizəd qismində təqdim olunub.
Gununsesi.info