İtaliyanın “Frozinone” klubu baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birlikdə köməkçiləri də klubdan ayrılıb.
Qeyd edək ki, “Frozinone” B seriyasında son 18 matçın cəmi 2-də qələbə qazanıb. Komanda turnir cədvəlində 12-ci pilləyə düşüb.
Xatırladaq ki, “Milan” və İtaliya millisinin keçmiş müdafiəçisi Nesta 2019-cu ilin iyunundan “Frozinone”ni çalışdırırdı.
Gununsesi.info