“Nestle” Rusiyada bu brendlərinin fəaliyyətini dayandırdı

  • By admin
  • 23 Mart 2022 16:39

Ukraynadakı hadisələrlə əlaqədar İsveçrə konserni “Nestle” Rusiyada “KitKat” və “Nesquik” brendlərinin fəaliyyətini dayandırır.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Biz “KitKat” və “Nesquik” kimi məşhur “Nestle” brendlərinin fəaliyyətini dayandırırıq. Artıq qeyri-vacib malların idxalını və ixracını, bütün reklamları və ölkəyə bütün investisiyaları dayandırmışıq. Təbii ki, biz Rusiyaya qarşı bütün beynəlxalq sanksiyalara tam əməl edirik”, – bəyanatda deyilib.

Gununsesi.info