
Nestle şirkəti onilliklər ərzində “təbii mineral” adı altında tərkibində nəcis bakteriyası və pestisidlər olan süzülmüş suyu satırmış.
Gununsesi.info xəbər verir ki, bu barədə BİLD yazıb.
Bildirilir ki, 2024-cü ilin yanvar ayında Les Echos qəzeti Nestlé Water France-ın çirklənmiş suyu təmizləmək üçün ultrabənövşəyi və karbon filtrlərindən istifadə etməsi haqqında məlumat verib.
Bu cür üsullar kran suyunun süzülməsi üçün məqbul hesab edilir, lakin Aİ-də şişelenmiş mineral suyun istehsalı üçün qadağandır.
Yeni araşdırmaya görə, şirkətin Fransada istifadə etdiyi su mənbələri nəcis bakteriyaları, Escherichia coli və pestisidlərlə çirklənib.
Buradan belə nəticə çıxır ki, Nestle çirklənmiş suyu süzüb və sonra onu mineral su adı altında satıb.
Bildirilir ki, son 15 ildə bu saxtakarlıq şirkətə 3 milyard avro qazandırıb.
Bildirilir ki, gələn həftə Avropa Komissiyası bu işdə Fransa hakimiyyətinin hərəkətləri ilə bağlı apardığı araşdırmaya dair hesabat dərc etməyi planlaşdırır.
Günay
Gununsesi.info