Netanyahu əleyhinə etiraz nümayişi keçirilib

Təl-Əvivin əsas girişlərindən biri olan Ayalon şossesini nəqliyyatın hərəkətinə bağlayan qruplarla polis arasında qarşıdurma yaranıb.

Təl-Əviv və Hayfa şəhərlərində toplaşan yüzlərlə israilli Baş nazir Netanyahunun aprelin 10-da axşam keçirilən mətbuat konfransında “son terror hadisələrinə görə müxalifəti məsuliyyətli görməsinə” etiraz edib.

Gununsesi.info xəbər verir ki, Təl-Əvivin əsas girişlərindən biri olan Ayalon şossesini nəqliyyatın hərəkətinə bağlayan qruplarla polis arasında qarşıdurma yaranıb.

Sosial mediada yayılan görüntülərdə nümayişçilərin polis əleyhində “Əqsa məscidində nə etdiniz?” şüarının səsləndirilməsi diqqət çəkib.

“Haaretz” qəzeti 8 etirazçının saxlandığını yazarkən, polisin verdiyi açıqlamada Təl-Əvivdəki nümayiş zamanı 2 nəfərin saxlanıldığı bildirilib.

Qanunsuz olduğunu bəyan etdiyi nümayişə polis müdaxilə edərkən, nümayişçilər “qanunsuz nümayiş yoxdur” deyərək etirazlarını davam etdiriblər.

Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahu dünən axşam saatlarında İsrailin Təl-Əvivdəki hərbi qərargahında mübahisəli məhkəmə qaydası və ölkədəki son təhlükəsizlik vəziyyəti ilə bağlı verdiyi açıqlamada daha əvvəl vəzifəsindən azad etdiyi müdafiə naziri Yoav Gallantın xidmətinə davam edəcəyini açıqlayıb.

Netanyahu bildirib ki, İsrail terror dalğası ilə üzləşib və əvvəlki hökumət dövründə də çoxlu insidentlər baş verib.

 

 

Şəbnəm

Gununsesi.info