Netanyahu: Amerikadakı israilli nümayişçilər İranla birlikdə hərəkət edirlər

  • By arzu
  • 18 Sentyabr 2023 18:37

İsrailin Baş naziri Benyamin Netanyahu Amerikada nümayişlər keçirən etirazçıları ittiham edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Amerikada “məhkəmə islahatları”na qarşı etiraz aksiyaları edən nümayişçiləri İranla birlikdə hərəkət etməkdə suçlayıb.

“Başqa ölkələr qarşısında İsraili rəzil edərək İranla birlikdə hərəkət edirlər”, – deyə siyasətçi söyləyib.

Netanyahu Amerikadakı İsraildən olan nümayişçiləri Fələstin Azadlıq Təşkilatı və “Fələstin Üçün İsraili Boykot Cəhdi” kimi tanınan Təcrid, Boykot və Sanksiyalar Hərəkəti ilə eyni sırada yer almaqda qınayıb.

“İsraili başqa ölkələr önündə kiçik və cılız göstərirlər”, – deyə Netanyahu vurğulayıb.

İsrailin Baş naziri etirazçıların maliyyələşdirildiyini də iddiaları arasına əlavə edib.

İsrailin müxalifət partiyaları isə Netanyahunun bu açıqlamalarına etiraz ediblər.
Müxalifətçi Benni Qantz isə Netanyahunun dediyini qınayıb, bunun tam tərsinə, etirazçıların ölkələrinə bağlı olan vətənsevərlər olduğunu dilə gətirib.

 

Tərcümə: Arzu

Gununsesi.info