
Amerikada səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə olan münasibətlərindən danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəsmisi Amerikanın başçılığı ilə Səudiyyə Ərəbistanı ilə görüşün mümkün olduğunu söyləyib.
Amerika lideri Co Bayden S. Ərəbistanı və İsrail arasında diplomatik əlaqələrin qurulması üçün bir anlaşma mətni üzərində işləməyə söz verib.
Bayden Nyu-Yordkadkı çıxışı zamanı “Ümid edirəm ki, bu gün bəzi işləri həll edə bilərik”, – deyə vurğulayıb.
Netanyahu isə Baydenə “Cənab Prezident, sizin liderliyinizdə İsrail və S. Ərəbistan arasında tarixi bir barışıq əldə edəcəyimizi düşünürəm”, deyib.
Netanyahu daha sonra bunları söyləyib:
“Tarix yazmaq üçün birlikdə çalışa bilərik. Belə bir barışıq, öncəliklə İsrail-Ərəb toqquşmasının sona çatması, İslam dünyası ilə yəhudi dövləti arasında uzlaşma əldə edilməsi və İsraillə Fələstin xalqı arasında gerçək bir barışığın irəlilədilməsi üçün uzun bir yol qət edəcək”.
Netanyahunun dekabr ayında iqtidara gəlməsindən sonra ilk dəfə bir araya gələn hər iki lider münasibətlərdəki gərginlikləri azaltma mesajı verib.
Bu anlaşmazlıqlar arasında Amerika Prezidenti Baydenin radikal sağçı hökumətin çəkişməli “məhkəmə islahatı”ndan və İsrailin fələstinlilərə yönələn sərt yanaşmasından keçirilən narahatlıqlar da yer alır.
Tərcümə: Arzu