Netanyahu atəşkəsdən imtina edərsə ABŞ ona təzyiqi artıracaq

Bayden girovların qaytarılması və Qəzza zolağında atəşkəs üçün danışıqlardan imtina edərsə, İsrailin baş naziri Benyamin Netanyahunu günahlandırmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Bildirilir ki, Bayden administrasiyası İsrail və HƏMAS-a əlavə danışıqlar imkanı olmadan yeni təklif verə bilər. Netanyahu imtina edərsə, Bayden ilk dəfə dialoqun uğursuzluğunda onu açıq şəkildə günahlandıracaq.

Vaşinqton həmçinin İsrail hökumətində HƏMAS ilə razılaşmaya qarşı çıxan nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriç də daxil olmaqla radikal sağçılara qarşı tədbirlər görməyi nəzərdən keçirir.

Xatırladaq ki, avqustun 9-da Qətər, Misir və ABŞ liderləri birgə bəyanatda Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər.

Onlar İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə “bütün qalan boşluqları doldurmaq və heç bir gecikmə olmadan sazişin icrasına başlamaq” üçün danışıqları bərpa etməyə çağırıblar.

 

 

Şəbnəm

Gununsesi.info