
İsrailin baş naziri Benyamin Netanyahu çətin bir müharibədə olduqlarını və bunun uzun müddət davam edəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, Netanyahu blokada altındakı Qəzza zolağında daha 9 İsrail əsgərinin öldürülməsindən sonra video məlumat yayıb. İsrailin baş naziri çıxışında Qəzzada “çox mühüm qazanc əldə etdiklərini, eyni zamanda ağrılı itkilər də verdiklərini” bildirib.
“Qələbə əldə olunana qədər” Qəzzada müharibəni davam etdirəcəklərini söyləyən Netanyahu, “Çətin bir savaşın içindəyik. Bu, uzun bir müharibə olacaq” deyib.
İsrail ordusundan dünən verilən açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda 2 İsrail əsgərinin öldürüldüyü açıqlanıb. Bu səhər verilən açıqlamada Qəzza zolağında daha 9 İsrail əsgərinin öldürüldüyü bildirilib.
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında baş verən qarşıdurmalarda daha 9 əsgərin öldürülməsini çətin və ağrılı zərbə kimi qiymətləndirib.
Qəzza zolağının daxili hissələrində baş verən gərgin qarşıdurmaların ağır bədəli olduğunu bildirən Qalant daha 9 İsrail əsgərinin öldürülməsinin çətin və ağrılı bir zərbə olduğunu qeyd edib.
Qalant əzmkarlıq tələb edən uzun və mürəkkəb prosesə hazır olduqlarını deyib.
Gununsesi.info