Netanyahu Əli Laricaninin öldürüldüyünü təsdiqlədi

  • Müəllif: Firuzə
  • 17 Mart 2026 17:41

İsrailin Baş naziri Benyamin Netanyahu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin Tehran yaxınlığındakı zərbəsi nəticəsində həlak olması barədə ordunun yaydığı məlumatı təsdiqləyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə hökumət başçısı rəsmi bəyanatla çıxış edib.

B. Netanyahu bu addımın İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə atıldığını deyib. O, Laricaninin hədəf alınmasının İsrailin strateji hədəflərinə xidmət etdiyini vurğulayıb.

Gununsesi.info