Netanyahu fələstinliləri sülhə doğru hərəkət etməyə çağırıb

Netanyahu fələstinliləri sülhə doğru hərəkət etməyə çağırıb


İsrailin baş naziri Benyamin Netanyahu Fələstin hakimiyyətini radikallaşmaya yox, sülhə doğru hərəkət etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Fələstin lideri Mahmid Abbasın Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı beynəlxalq ictimayyətin öz qərarına yenidən baxmağa çağırışından sonra bu bəyanatla çıxış edib.

Ankarada keçirilən sammitdə 48 müsəlman ölkəsinin nümayəndələri iştirak edib. Onlardan 16-ı dövlət başçısı səviyyəsində təmsil olunub. Sammitin yekunlarına dair yekun bəyannamə qəbul olunub.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı elan edib və ölkəsinin səfirliyinin yaxın zamanlarda bu şəhərə köçürüləcəyini bildirib.

Gununsesi.info

COMMENTS